Süd vadisi, müxtəlif süd verən cinsi inəklər üçün avadanlıqla təhciz olunmuş, fermerlər üçün optimal layihədən ibarətdir

Heyvandarlıq biznesinə başlamaq üçün aşağıdakıları müəyyənləşdirməlisiniz.
- yem bazasının mövcudluğu
- yemin nə qədər alınması və ya hazırlanması;
- bəslənə biləcək heyvanların sayı;
- əmək xərcləri
- mal-qaranın saxlanılması və böyüməsi üçün bir yerin tikintisi xərcləri və layihələndirməsi.
İnəkləri saxlamaq üçün yaxşı hazırlanmış layihə həlli çox qənaətə gətirib çıxarır.
Fermer texnologiyaya uyğun bütün istəkləri göstərərək texniki tapşırığı layihəçiyə təqdim edir.
Layihəçi:
Texniki şərtlərin imkanlarını və tələblərini təhlil edir, qanunvericilik normaları ilə əlaqələndirir;
- layihəni tikinti sahəsinə uyğunlaşdırır;
- tikinti materiallarını seçir;
- layihınin təxmini dəyərini müəyyənləşdirir.
Layihənin bütün incəliklərini və müxtəlif konstruktiv həllərin imkanlarını nəzərə almaqla ən effektiv və həyata keçirilə bilən üslubla – (misal olaraq yüngül metal konstruksiyalardan) diqqət yetirməlidir.
Layihələndirmə zamanı südün saxlanılması və nəql edilməsi üçün zəruri tələbləri və normaları nəzərdə saxlanılmalıdır.
Tikilən fermanın hava iqlimini, külək istiqamətini nəzərə alınmalıdır, ferma üzü şimala dair layihələndirməlidir ki ferma daxilində havalandırma yanlardann yuxarı hərəkər etsin, divarların hündürlüyü, heyvanların üzərinə daim hava axını olmaması, yem xəttinn hündürlüyü və s kimi amillər nəzərə alınmalıdır ki inəklər özlərini daima rahat hiss etsinlər. Yadda saxlayın ki, düzgün fermanın havalandırması süd çıxışına 10-15% təsir edir.
İnəklərə su ilə təmin etmək üçün su xəttlərin hündürlüyü, suyun temperaturu və xəttin yerləşməsi planın hazırlanmasında nəzərə alınmalıdır. Suyun dərəcəsi ortalama 27 dərəcə ilə verilməsi süd çıxışına 5-10% təsir edir.
Yadda saxlayın ki inəklər üçün su tələbində heç bir məhdudiyyət olmalı deyil. Heyvanın su qəbulun həcmi birbaşa süd vermə həcminə təsir edir.
Heyvanların saxlanılması onların yaş həddləri ilə bölünməlidir, yəni buzovlar, düyələr, inəklər, doğuşa hazırlıq üçün sürüdən ayrılan inəklər ayrı saxlanılmalıdır ki qida ratsionu bir biri ilə qarışmasın. Yadda saxlayın ki, inəklərin yem ratsionun düzgün aparmaqla süd çıxışına 10-15% təsir edir.
Layihələnndirmə zamanı bunlara son dərəcə məsuliyyətlə yanaşmaq lazımdır, çünki qaydaların pozulması ağır cərimələrə və hətta təsərrüfatların ləğvinə səbəb ola bilər.
Düzgün layihələndirmə işin bir hissəsini təşkil edirsə digər vacib olan hissə fermanın tikintisidir. Fermer layihə üçün kredit cəlb edibsə tikintinin sütərli aparılması çox vacibdir, çunki hər bir tikinti gün üçün bank tərəfindən kredit faizləri hesablanılır və nə qədər tez müddətdə tikintini bitirib istismara başlanarsa o qədər tez satış edib kreditlərin qaytarılmasına imkan yaranır.
Fermanın tikintisi inək saydan və sahədən aslı olaraq 4 aydan 12 ayadək dəyişilə bilər.
BRPG şirkəti fermerlərə layihələndirmə və tikinti işlərini həyata keçirmək üçün Baku Engineering və BRPG memarları və mühəndisləri tərəfindən artıq layihələndirilmiş fermaların qurulmasını təmin edir. BRPG ilə fermanın qurulması tikinti xərclərinə ən azı 25% qənayət edilir.
Fermaların növləri və tikinti qiyməti ilə tanış olun.
25 başlıq fermalar / 100 başlıq fermalar / 200 başlıq fermalar
Bu layihənin üstünlüyü yüksək təcrübəli memar-konstruktorlar və texnoloqlarla birlikdə hazırlanmışdır və kiçik, orta və iri fermerlər üçün nəzərdə tutulmuşdur.
Layihələndirmə və tikintini tərəfimizdən aparılmasına görə layihənin qiyməti optimallaşdırmışdır ki buda fermerlər üçün qoulann sərmayəni qısa müddətində geri qaytarılmasına zəmin yaradır.
* Layihələndirilmədə və tikintidə istifadə edilən materiallar və avadanlıqlar yüksək keyfiyyətli materiallar və texniloji avadanlıqlardan hazırlanır və bir il ərzində istismarına zəmanət tərəfimizdən verilir.